Rusiyada koronavirusdan ölənlərin sayı 75 mini ötdü
5 Fevral 2021 15:46 SosialRusiyada koronavirusa yoluxanların sayı 3,93 milyonu keçib.
Olaylar.az Trend-ə istinadən bildirir ki, ölkədə son sutka ərzində 16 688 nəfər virusa yoluxub, 527 nəfər isə həyatını itirib.
Bu günə qədər Rusiyada 3 934 606 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 75 732 nəfərə çatıb.
Ölkə ərazisində ümumilikdə 3 413 495 şəxs virusdan sağalıb, 445 379 nəfərin müalicəsi isə davam edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31