Deputat: “Seçicilərin problemlərinin həllinə dəstək olacam”

Millər vəkili Vüqar Bayramov seçiciləri ilə görüşüb. Bu barədə "Olaylar"a millət vəkili bildirib: "Bu gün seçicilərimlə növbəti onlayn görüşümüzü keçirdik. Görüş əsasında vətəndaşlarımız özünüməşğulluq proqramına qatılma istəklərini, eyni zamanda ictimai əsaslı bir sıra məsələlərlə bağlı fikirlərini bölüşdülər. Qeyd edilən məsələlərin həlli ilə bağlı müzakirələr apardıq və bu istiqamətdə atacağımız addımları müəyyənləşdirdik. Rəsmi müraciət tələb edən digər məsələlərin isə deputat sorğuları vasitəsilə həllinə dəstək olacam. Qeyd edim ki, bu kimi görüşlərimiz müntəzəm olaraq həyata keçirilir.  Yaxın zamanda karantin qaydaları çərçivəsində sakinlərimiz ilə canlı görüşləri də bərpa etməyi düşünürük".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31