“Onun vəfatından sonra yaşadığım hər gün zəfərdir”
5 Fevral 2021 11:41 SosialAktrisa Ancelina Coli şəxsi həyatı haqqında etiraflar edib.
Axşam.az xarici KİV-ə istinadən bildirir ki, "Vogue" jurnalının üz qabığına çəkilən aktrisa həyatı ilə də bağlı bəzi açıqlamalar verib.
Ancelina ötən illərin onun üçün olduqca çətin keçdiyini dilə gətirib:
"Son bir neçə il mənim üçün ağır keçib. Buna səbəb, anamı gənc yaşında itirməyimdir. Onun vəfatından sonra ayaqda qala bildiyim hər gün mənə zəfər kimi gəlir. Pandemiya səbəbi ilə işlərimdə durğunluq var və uşaqlarımla daha çox vaxt keçirirəm. Bir dəfə yolda "trampilin" görüb keçmək istədim. Övladlarım mənə "Ana, nə edirsən, yaralanarsan" dedilər. Halbu ki, mən bir zamanlar aksiyon filmlərinin ulduzu idim".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31