Şahin Seyidzadə Qobustan rayon Heydər Əliyev Mərkəzində qəbul keçirib
5 Fevral 2021 10:43 SosialAzərbaycan Respublikası Milli Məclisinin 50 saylı Abşeron-Qobustan seçki dairəsi üzrə deputatı Şahin Seyidzadə Qobustan rayon Heydər Əliyev Mərkəzində Qobustan rayon sakinləri üçün fərdi vətəndaş qəbulu keçirib. "Olaylar" xəbər verir ki, Bədəlli, Nabur v əSündü kəndləri, həmçinin Qobustan şəhərindən olan 20-dən artıq sakinlə keçirilən fərdi vətəndaş qəbulunda kommunal xidmətlər, infrastruktur, məşğulluq, hüquq, torpaq, əmlak, sosial təminat və sağlamlıq məsələləri ətrafında müraciətlər səsləndirilmişdir.
Qeyd edək ki, deputat Şahin Seyidzadə tərəfindən 2021-ci ilin yanvar ayında Qobustan rayonunun Cəyirli və Təklə kəndlərində, həmçinin Abşeron rayonunda səyyar formada fərdi vətəndaş qəbulları həyata keçirilmişdir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31