Tarix Muzeyində Vətən Müharibəsi Fondu yaradılıb

Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində Vətən Müharibəsi Fondu yaradılıb.

Olaylar.az xəbər verir ki, bu barədə məlumat APA-ya AMEA-dan  verilib. Qeyd olunub ki, muzey  I və II Qarabağ müharibəsində şəhid olan zabit və əsgərlərimizə, o cümlədən müharibə iştirakçılarına məxsus, döyüşdən qalan xatirə əşyalarını qəbul edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31