Paytaxtda silahlı şəxs saxlanıb
4 Fevral 2021 14:34 SosialBakıda silahlı şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Binə qəsəbə sakini, əvvəllər məhkum olunmuş Azad İsmayılovun qəsəbə ərazisindəki dəmir yolu stansiyasının platformasının altında gizlətdiyi nömrəsi silinmiş "AK" markalı silah, 1 ədəd patron darağı və 8 ədəd patron aşkar edilərək götürülüb. A. İsmayılov barəsində 3-cü Polis Bölməsində toplanan materiallar araşdırılması üçün Xəzər RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Onun barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31