İlqar Fərzəliyev “Milli Məclisin Fəxri diplomu” ilə təltif olunub

Milli Məclis Aparatında kadr dəyişikliyi olub. Parlament Aparatının Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri İlqar Fərzəliyev yaşı ilə əlaqədar təqaüdə göndərilib. "Olaylar"ın məlumatına görə, İlqar Fərzəliyev təqaüdə yola salınmazdan öncə "Milli Məclisin Fəxri diplomu" ilə təltif edilib. İlqar İslam oğlu Fərzəliyev əslən Ağcabədi rayonundandır.19 yanvar 1956-cı ildə anadan olub. İxtisasca Filoloq-şərqşünas olan İ.Fərzəliyev 2-ci dərəcə dövlət müşaviri kimi müxtəlif dövlət qurumlarında çalışıb. O, dövlət qurumlarında çalışdığı müddətdə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə də təltif olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31