Rusiya MN Ağdamdakı mərkəzdən görüntülər yaydı - FOTOLAR/VİDEO

Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin şəxsi heyəti atəşkəsə və Dağlıq Qarabağ münaqişəsi bölgəsindəki hərbi əməliyyatların dayandırılmasına nəzarət vəzifələrini yerinə yetirməyə davam edir.

Olaylar.az  xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb

Bildirilib ki, rusiyalı sülhməramlılar "Forpost" və "Orlan-10" pilotsuz uçuş aparatlarından istifadə edərək atəşkəs rejimini müşahidə edirlər.

"Birgə Mərkəzin hərbi qulluqçuları davamlı olaraq pilotsuz uçuş aparatlarından idarəetmə mərkəzinə görüntülər alır, burada hərbi texnika, personalın bütün hərəkətləri təhlil edilir və tərəflərin təmas xəttini keçməsinin bütün faktları qeyd olunur", - nazirlikdən bildirilib.

​​​​​​​

 
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31