"Biz artıq özümüzü hər hansı inkişaf etməkdə olan ölkələrlə deyil, inkişaf etmiş ölkələrlə müqayisə etməyə çalışacağıq"

"Biz artıq özümüzü hər hansı inkişaf etməkdə olan ölkələrlə deyil, inkişaf etmiş ölkələrlə müqayisə etməyə çalışacağıq" Bu sözləri "Olaylar.az"a açıqlamasında  iqtisadçı-ekspert Rauf Qarayev deyib.
Onun sözlərinə  görə Prezident İlham Əliyevin  2021-ci il 2 fevral tarixli Sərəncamı növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair aşağıdakı beş Milli Prioritet reallaşdırılmalıdır:
  •  dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat;
  •  dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət;
  •  rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı;
  •  işğaldan azad olunmuş ərazilərə böyük qayıdış;
  •  təmiz ətraf mühit və "yaşıl artım" ölkəsi.
Birinci hissəyə nəzər yetirsək görərik burada söhbət sahibkarlıq fəaliyyətinin stimullaşdırılmasından gedir. Bunun üçün şəfaflıq yaradılmalıdır ki, sahibkarlıq rəqabətli olsun. Birinci növbədə məhkəmə sistemi, gömrük və vergi siyasəti sahibkarlığın inkişafı üçün şəfaflaşmalı, biznesin təşviqi mexanizmlərinin iqtisadi səmərəsi artırılmalı, yeni və şəffaf özəlləşmə strategiyası həyata keçirilməlidir. Kapital və sığorta bazarının inkişafı da sürətləndirilməlidir. Verilən krdeitlər sahibkarlara əl çatan olmalı və xarici investorlar ölkəyə cəlb olunmalıdır.  Korrupasiya halı ilə mübarizə güclənməlidir, kölgə iqtisadiyyatı sıradan çıxmalıdır. Qiymətlərin aşağı və stabil olması (qiymətin yüksək olması üçün vergi rüsumlarının faizi endirilməlidir) dövlət orqanları tərəfindən işlər görülməlidir. 
Ekspertin sözlərinə görə, insanların sosial statusundan və yaşadığı ərazidən asılı olmayaraq iqtisadi imkanlara çıxışı bərabər və ədalətli olmalıdır.
"Rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı deyəndə bu hissədə əsas üstünlük innovativ cəmiyyət yaratmaqdır. Hər bir şəxs müasir texnologiyanın üstünlüyündən istifadə etməldir. Misal üçün hər bir kənddə internet olmalıdır, adi kəndli belə həmin internetdən istifadə etməsi üçün onunla təlimlər aparılamalıdır. Bundan əlavə Azərbaycanda olan təhsil XXI əsrin təhsilinə uyğun olmalıdır. Ölkənin kadr potensialı inkişaf etmiş ölkələrin kadr potensialına uyğunlaşdırmaq üçün peşə hazırlıqlarına cəlb edilməldir. Bir sözlə yaradıcı innovativ cəmiyyət formalaşmalıdır. Bura tək texnoloji və təhsil aid deyil, həm də səhiyyə xidmətləri də aiddir".
İşğaldan azad olunmuş ərazilərə əhalinin  qaydışı təmin edilməlidir. Orada digər yerlərdə olduğu kimi bütün infrastruktur bərpa olunmalıdır. 

Bundan başqa, yararsız torpaq sahələri dövriyyəyə cəlb edilməklə mövcud resurslarımız bərpa edilməsi, alternativ enerjidən istifadə edilməsi, yaşıllıq zonaların artırılması nəzərdə tutulub. 

Yuxarda sadalananlar öz həllini tapsa, iqtisadiyyatımız, bir sıra inkişaf etmiş ölkələrlə müqayisə olunacaq. Biz artıq özümüzü hər hansı inkişaf etməkdə olan ölkələrlə deyil, inkişaf etmiş ölkələrlə müqayisə etməyə çalışacağıq. 
 
 
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31