Vətən Müharibəsinin 31 iştirakçısına əlillik təyin olundu
3 Fevral 2021 14:15 SosialBu günə qədər 31 nəfər Vətən Müharibəsi iştirakçısına əlilliyin təyinatı aparılıb. "Olaylar"ın məlumatına görə, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Cavid Əbdül-Qədirov bu gün keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, indiyədək Agentliyin nəzdindəki müvafiq işçi qrupun üzvləri 3000-dək ailəni ziyarət edib. Onların 300-dən çoxunun səhhətində geridönməz proseslərin olduğu müəyyən edilib. C.Əbbül-Qədirov əlavə edib ki, əlilliyin təyinatı aparılmış şəxslər 2-3 həftə ərzində reabilitasiya tədbirlərinə cəlb edilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31