Dövlət Nəzarəti İnformasiya Sistemi effektli mexanizmə çevrilə bilər
3 Fevral 2021 12:43 Sosial"Prezident İlham Əliyev Dövlət Nəzarəti İnformasiya Sistemi yaradılması barədə fərman verib. Sənədə görə, Prezident Administrasiyasında qurulan sistem Prezidentin fərman, sərəncam və tapşırıqlarının icra vəziyyətinə nəzarətin elektron qaydada həyata keçirilməsi və yerli icra hakimiyyəti orqanlarının fəaliyyətinin əsas səmərəlilik göstəriciləri əsasında qiymətləndirilməsini təmin edəcək". Bunu "Olaylar"a deyən Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Bəydəmirli qeyd edib ki, belə əhəmiyyətıi strukturun yaradılmasında başlıca məqsədlərdən biri tapşırıqların yerinə yetirilməsi mexanizmini yaratmaqdan ibarətdir: "Hansısa səlahiyyət sahibinin, məmurun məsuliyyətsizliyini zamanında müəyyən etmək və həmin məsuliyyətsizliyin qarşısının alınmasında belə mexanizm faydalı olacaq. Bu mexanizm məmur özbaşnalığına son qoymaq üçün çox effektli vasitə olacaq. Digər tərəfdən, yerli icra hakimiyyətlərinin fəaliyyətinə qiymət verilməsi baxımından Dövlət Nəzarəti İnformasiya Sistemi səmərəli işlər görə bilər".