Yanğın zamanı həlak olmuş şəxsin meyiti aşkar olunub

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. Nazirlikdən "Olaylar"a verilən məlumata görə,  Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 17 yanğına çıxış və 1 halda köməksiz vəziyyətdə qalma faktları üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Ümumilikdə, ötən sutka ərzində bağlı qapı arxasında qalmış şəxsin meyiti və yanğın zamanı yanaraq həlak olmuş şəxsin meyiti aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib, 2 nəfər yanıq xəsarəti alıb.

 
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31