Əsrlik və girovluqdan azad olunmuş şəxslər və ailələri psixoloji dəstəklə əhatə olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin postmüharibə dövrü üzrə psixoloji dəstək tədbirləri əsirlik və girovluqdan azad edilərək Vətənə qaytarılan şəxsləri də əhatə edib. Nazirlikdən "Olaylar"a bildirilib ki, Agentliyin psixoloq və psixiatrlarından ibarət mütəxəssis qrupları bu kateqoriyadan olan 14 şəxs və ailələri ilə psixo-sosial reabilitasiya işləri aparıblar. Bu işlər, o cümlədən  psixokorreksiya tədbirləri həm əyani, həm onlayn şəkildə həyata keçirilib. Görüşlər zamanı ailələrin sosial vəziyyətləri də öyrənilib, ehtiyaclarına uyğun dəstəklə təmin edilmələri üçün işlər görülüb.

Xatırladaq ki, Sosial Xidmətlər Agentliyi tərəfindən postmüharibə dövrü üçün psixoloji dəstək tədbirlərindən biri kimi, ötən ilin noyabr ayında psixoloji dəstək xətti (050 406 75 85) də yaradılıb. Müharibədən zərərçəkənlərə bu xətt vasitəsilə də (həmçinin zənglə əlaqədar evlərə gedilməklə) onlayn psixoloji dəstək göstərilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31