Əgər bir gün ..... Aytən Hüseynova YAZIR
4 Fevral 2021 10:16 SosialAytən Hüseynli
Yalanlardan bezib getmək istəsən, bu dünyaya hec sığınma, dünya fani dünyadır, bəndəsindən qırılıb saxlanmaq istəsən, Allah olan yerə üz tut, o yol başqa dünyadır...Qəvvas olub dənizlərdə üzərsən,ney naləsinə göz yaşını tökərsən, kəlamlarda yüz yol ölərsən,nəfəsini ruhunda duyarsan. ölüb,ölüb o yerlərdə qalarsan..
Əgər bir gün .....
Dirilmək üçün bu dünyaya qayıtmaq istəsən,ayılma,qayıtma,çünki dünya saxtakarlıqla dolu dünyadır..
Həqiqətin qapısına çatmaq üçün qürurundan kecərsən, əzilərsən, söyülərsən,neştərli sözlərlə döyülərsən.....Və sonra...
qacanları yalanlarla qova-qova gedərsən,yıxılarsan, durarsan,inamından vaz kecməzsən...O zaman bəhanələr ucrumundan cəhənnəmə düşərsən, boğularsan, batarsan.Çıxa bilsən, axtardığın ,bax,Allah olan dünyadır.
Aman könlüm,əgər yalanlarla uyumaq üçün özünü ovutmaq istəsən, o zamanda fani dünya əsl məkanxanədir.
Pisliklərdən gizlənmək üçün uşaq gözü axtar, çünki dünya böyüklərin gözlərində iblisləşən dünyadır....
Yalanlardan, nadanlardan qacmaq üçün yuxulara inandın.. Yuxularda saflaşdın, aydınlandın, ucaldıqca ucalıb haqq dərgahına catdın. Yuxularda bir əl tutdun,güvənib ətəyinə,ayağına sarıldın.Amma ayılanda yad qapıda,yad dünyada, özümə yer tapmadın.
Düşündün ki,
yuxularda ......
Kaş ki ,hələ yuxularda ölüb qalaydın,yuxulardan kənar olan hər şey, sən demə, yalan dünyadadır...