11 evi qarət edən şəxs ələ keçdi
3 Fevral 2021 12:12 SosialBakıda 11 evdə oğurluq hadisəsi qeydə alınıb. Bu barədə "Olaylar"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Xəzər Rayon Polis İdarəsi 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müxtəlif vaxtlarda rayon ərazisindəki 11 evdən ümumilikdə 11 170 manat pul, 470 ABŞ dolları, 19 min manat dəyərində qızıl-zinət və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Qala qəsəbə sakini, əvəllər məhkum olunmuş S.Tağıyev saxlanılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31