İstanbulda Azərbaycan Prospekti açıldı
3 Fevral 2021 12:07 SosialBu gün İstanbul Sarıyer şəhərinin iş, sənət və elm mərkəzlərinin qovşağı olan Vadistanbul rayonunda Azərbaycan Prospekti açılıb.
Olaylar.az xəbər verir ki, prospektin açılışı Azərbaycan İstanbul Baş Konsulluğunun yaxın iştirak ilə baş tutub. Açılış mərasimində Azərbaycan İstanbul Baş Konsulu Nərminə Mustafayeva, İstanbulda yaşayan Azərbaycan icmasının fəal üzvləri, iş, elm və sənət xadimləri iştirak ediblər.
Mehdi Səlimov



Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31