Azərbaycanda poçt binası yanır

Tovuz rayonunda poçt binasında yanğın baş verib.

Olaylar.az 7news.az-a istinadən bildirir ki, hazırda hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Tovuz Rayon Şöbəsinin 2 yanğın söndürən maşını və canlı qüvvəsi cəlb edilib.

İlkin məlumata görə, yanğın mühasibatlıq otağında yaranıb və hadisə kondisionerdən olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31