Daha üç qazimiz protezlə təmin edildi

Vətən müharibəsində yaralanmış daha üç qazimiz yüksək texnologiyalı protezlərlə təmin edilib. "Olaylar" xəbər verir ki, bununla bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində tədbir keçirilib. Tədbir zamanı müharibədə yaralanmış daha üç qazimiz - Ziya Ağami oğlu Kazımov, Rəşad Amin oğlu Əliyev və Kənan Nadir oğlu Musayev yüksək texnologiyalı protezlərlə təmin edilib. Həmçinin müasir protezlərin üstünlükləri nümayiş olunub, tibbi-sosial ekspertiza və reabilitasiya sahəsində görülən işlər və hədəflərə dair məlumat verilib. Protezlərlə təmin edilən qazilər yüksək texnologiyalı protezlərlə təmin olunduqları üçün Ali Baş Komandan Ilham Əliyevə təşəkkürlərini bildiriblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31