Fevralın 1-də saat 18 radələrində Gədəbəy rayonunun Mormor kəndi ərazisində Cücənli kənd sakini M.Zeynalov idarə etdiyi "T-74" markalı traktoru dərəyə aşırıb. DİN-dən "Olaylar"a bildirilib ki, nəticədə sərnişini, Dördlər kənd sakini S.Məmmədov hadisə yerində ölmüş, sürücü xəstəxanaya yerləşdirilmişdir. Gədəbəy RPŞ tərəfindən araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31