Ağdamın 5 kəndi minalardan tam təmizləndi
2 Fevral 2021 16:11 SosialAğdam rayonunun işğaldan azad edilən 5 kəndinin ərazisi mina və partlayıcı qurğulardan tam təmizlənib.
Bu barədə Ağdam rayon İcra Hakimiyyəti başçısının birinci müavini Allahverən Əliyevb deyib.
Qurum rəsmisi bildirib ki, hazırda digər kəndlərin ərazilərində təmizlənmə işləri davam etdirilir:
"Artıq rayonun işğaldan azad edilən Ağdamkənd, Sarıcalı, Bağmanlar, İsmayılbəyli və Mərzili kəndlərinin ərazisi minalardan tam olaraq təmizlənib. Hazırda Şahbulaq, Cəvahirli və digə kəndlərdə təmizlənmə işləri davam etdirilir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31