İşğaldan azad olunan ərazilərdə bərpa işləri hansı qaydada aparılacaq?
2 Fevral 2021 15:08 Sosial"İşğaldan azad olunan rayonlarımızın bərpası sistemli şəkildə aparılacaq. Belə ki, Azərbaycan Prezidentinin tapşırığına əsasən, birinci mərhələdə dəymiş ziyanın qiymətləndirilməsi, daha sonra infrastruktur layihələrinin icrası həyata keçiriləcək. Bundan sonra sosial obyektlərin inşası, yaşayış üçün şəraitin yaradılması və evlərin tikilməsi reallaşacaq". Bunu "Olaylar"a deyən millət vəkili Vüqar Bayramovun sözlərinə görə, işğaldan azad oluna ərazilərimizin bərpası zamanı müasir standartlar tətbiq olunacaq və daha sonra həmin rayonlarıın inkişaf modeli digər ərazilərimizə transfer olunacaq: "Ölkə Prezidentinin tapşırığı ilə işğaldan azad olunmuş ərazilərədə yaradılan xüsusi idarəetmə strukturu səmərli və operativ idarəetmənin həyata keçirilməsinə və neqativ halların qarşısının alınmasına xidmət edəcək. Artıq bir sıra iri infrastruktur layihələrinin, o cümlədən Füzuli Beynəlxalq Hava Limanı və Şuşa şəhərinə avtomobil yolunun çəkilməsinə başlanılıb və elektrik təminatı ilə bağlı işlər görülür. Deməli, gülüş və həyatın işğaldan azad olunan ərazilərimizə qayıdacağı gün uzaqda deyil".