Gədəbəydə dəhşətli hadisə - Ölən və yaralanan var

Fevralın 1-də saat 18 radələrində Gədəbəy rayonunda ağır yol qəzası baş verib.

Olaylar.az xəbər verir ki, rayonun Mormor kəndi ərazisində Cücənli kənd sakini M.Zeynalov idarə etdiyi "T-74" markalı traktoru dərəyə aşırıb. Nəticədə sərnişini, Dördlər kənd sakini S.Məmmədov hadisə yerində ölüb, sürücü isə xəstəxanaya yerləşdirilib.

Gədəbəy RPŞ tərəfindən araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31