Fəhlələr taxta şpalın altında qalıblar
2 Fevral 2021 13:17 SosialFevralın 1-də saat 21 radələrində "Kolin" inşaat şirkəti tərəfindən tikintisi aparılan Bakı-Yalama dəmir yolunun Şabran rayonu ərazisindən keçən hissəsində fəhlələrin xəsarət almaları barədə rayon prokurorluğuna məlumat daxil olub. Şabran rayon prokurorluğundan "Olaylar"a verilən məlumata görə, aparılmış ilkin araşdırmalarla Feyruz Ağarzayev və Əmrağa Ağayev qeyd edilən ərazidə qəlibçilik işləri görərkən sonuncuların üzərlərinə torpaq kütləsi ilə birlikdə taxta şpalların aşması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri aldıqları müəyyənləşib. Faktla bağlı Şabran rayon prokurorluğunda araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31