Mais Piriyev: “Dövlət büdcəsinin xərcləri əhəmiyyətli dərəcədə artırılıb”
29 Yanvar 2021 12:18 Sosial"Olduqca məsuliyyətli bir il kimi xarakterizə olunan 2021-ci ildə kontrsiklik büdcə siyasətinin həyata keçirilməsi qərara alınıb". "Olaylar" xəbər verir ki, bunu Maliyyə Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Mais Piriyev deyib. Sektor müdiri bildirib ki, dövlət büdcəsinin xərcləri əhəmiyyətli dərəcədə artırılıb, bu xərcləri təmin etmək üçün Neft Fondundan transfert ötən ilki səviyyədə saxlanılıb, əlavə maliyyələşmə mənbələri səfərbər edilib: "Bu tədbirlər hesabına ölkədə həm iqtisadi fəallığın təşviqi, həm də Qarabağın yenidən qurulması və ölkə iqtisadiyyatına re-inteqrasiyasının təmin edilməsi maliyyələşdiriləcək".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31