Buraxılış və qəbul imtahanlarının keçirilmə qaydası MƏLUM OLDU
29 Yanvar 2021 11:34 Sosial"Builki imtahanların keçirilməsi qaydası müəyyənləşib".
Olaylar.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə yanvarın 29-da keçirdiyi mətbuat konfransında bildirib.
2021-ci ildə təşkil olunacaq imtahanlar barədə məlumat verən M.Abbaszadə qeyd edib ki, ötən il olduğu kimi bu il də imtahan binaları dezinfeksiya olunacaq, binalarda say həddinə və sosial məsafəyə riayət ediləcək, imtahan iştirakçıları imtahan zallarında hər partada bir nəfər olmaqla əyləşdiriləcək, binalarda dezinfeksiyaedici məhlul, əlcək, tibbi maskadan istifadə ediləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31