Magistraturaya qəbul fevralın 28-də keçiriləcək
29 Yanvar 2021 11:17 SosialBunu Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə 2021- ci ildə baş tutacaq imtahan qaydaları ilə bağlı keçirilən mətbuat konfransında deyib.
Olaylar.az xəbər verir ki, fevral - mart ayları ərzində 19 növ imtahan keçiriləcək. Dövlət, hüquq-mühafizə və s. orqanlarına qəbulla bağlı imtahanlar keçiriləcək.
Magistraturaya qəbul isə fevralın 28-də keçiriləcək.
Magistraturaya sənədlərin qəbulu fevral ayının 9-dan başlayacaq.
Qeyd edək ki, bakalavr və magistraturaya qəbul imtahanları iki dəfə keçiriləcək
Gülər Seymurqızı
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31