Bakıda orta məktəbdən oğurluq edildi

Bakıda orta məktəbdə oğurluq hadisəsi baş verib.

Olaylar.az "Report"a istinadən xəbər verir ki,  bu barədə məlumatı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti verib.

Bildirilib ki, Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 25-də rayon ərazisindəki orta məktəblərin birindən 3 310manat dəyərində 3 ədəd proyektor oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuşF.İdrisov saxlanılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31