Qənirə Paşayeva qəhrəman şəhidimiz Toğrul Hacıyevin ailəsi ilə görüşüb

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Vətən Müharibəsinin şəhidi, Füzuli  rayon 3 saylı Uşaq  Musiqi  məktəbində tar müəllimi olmuş Toğrul Hacıyevin atası Rüfət Hacıyevlə Mədəniyyət Komitəsində görüşüb, şəhid mədəniyyət işçisinin ailəsinin qayğıları ilə maraqlanıb, ürək sözlərini bölüşüb:

"Əziz şəhid atası,

Siz, Vətən uğrunda mərdliklə döyüşərək öz canını fəda etmiş əsgərimizin atasısız. İşğalçı düşmən üzərində qələbə münasibətilə təbriki ən çox Siz şəhid valideynləri haqq edirsiz. Biz Sizə çox minnətdarıq! Şəhid əsgərimizin ruhu qarşısında dərin ehtiramla baş əyirik!

Oğlunuz, Vətən Müharibəsində iştirak edərkən Füzuli istiqamətində gedən döyüşlərdə şəhidlik mərtəbəsinə yüksəlib. Şəhid oğlunuz Azərbaycan Prezidentinin Sərəncamları ilə "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.

Toğrul kimi gənclərimizlə hər zaman qürur duyacağıq!

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31