Erməni təcavüzü nəticəsində Horadizdə dağılan evlər bərpa olunur - FOTO
28 Yanvar 2021 17:16 SosialVətən müharibəsi zamanı erməni təxribatı nəticəsində mülki obyektlərə dəymiş ziyanın aradan qaldırılması üçün 11 rayon və şəhərdə tikinti işlərinə başlanılıb.
Olaylar.az Trend-ə istinadən bildirir ki, həyata keçiriləcək işlər Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən aparılır. Həmin işlər ötən gündən etibarən Horadiz şəhərində də həyata keçirilir.
Qeyd edək ki, dəymiş ziyanın aradan qaldırılması məqsədilə mülki obyektlərin təmiri və ya yenidənqurulması təşkil olunacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31