BSU-nun şöbə müdiri 100-dən artıq tələbənin təhsil haqqını mənimsəyib

Azərbaycanda şöbə müdiri tələbələrin pulunu mənimsəməkdə günahlandırılır.

Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin müdiri, dosent Dürdanə Əliyeva 100-dən artıq tələbənin təhsil haqqı kimi ödədiyi 1000-7000 min manat pulunu mənimsəyib.

Hadisədən sonra həmin şöbə müdiri işdən çıxarılıb.

Hüquq-mühafizə orqanlarından  bildirilib ki, hazırda faktla bağlı araşdırma aparılır.

BSU-dan isə "Report"a bildirilib ki, məsələ ilə bağlı açıqlama veriləcək.Report.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31