Tanrıdan nurlanmış QADIN... Aytən Hüseynova YAZIR

Aytən  Hüseynova

Gözləri ilahidən işıq almış, üzü tanrıdan nurlanmış, saçları günəş sarısı ,üzü ay kimi gözəl qadın..Kiçik çiyinlərinə yükü ağır olsa da, hər dərd sorana ürəyini süfrətək açmayıb yadlara dərd aşı bişirməyən qadın. Ərini el gözündə Allah edən ,evini min zülmlə yuva edən ,quru torpağa cöp sancan qadın..

Heç dilində balasına:"anaqurban"-, deməyən,amma bütün ömrünü balalarına qurban edən qadın..

Yeməyin yağlı üzünü ərə,uşağa çəkən qazanın dibinə çörək batıran qadın..Ayağı ayaqqabıya,əyni təzə paltara,ruhu şirin sözə,saçları sığala həsrət qalan, qırıq-qırıq sevgiyə sarılıb yaşayan qadın...

Arada bir ağlayıb özünə gizlində ağı deyən, dərdini həzin-həzin anasının qəbrinə söyləyəndə uşaqlaşan qadın.

Əlləri soyuq buzda,dodaqları qansız göydə ,ruhu dəmir qəfəsdə,səsi səssiz quyuda boğulub batan qadın.. Üzü yorğunluq əzabında əzilən kimsənin qarşısında əyilməyən gül qadın.

Sevilməyə layiq sevgidən qorxan qadın.Əlinə gül alıb iyləməkdən qorxan,üzündəki təbəssümü hər kəsdən gizlədən qadın..

Üzünün gözəlliyini gizlətməyi bacarsa da,ruhunun gözəlliyi ilə ətrafa işıq saçan qadın.

Gözümüzdə uca dağ,dərdlərimizə dərman ,amma öz dərdinə dərman olmayan qadın..

Ağrılara,acılara bükülüb övlad qarşısında dik durmağı bacaran, yolumuza işıq salan qadın..

Mən qadın yox,mən anayam"-, deyib övlad üçün olumu secən qadın....Gözümüzdə,ürəyimizdə sagkən əbədi ana heykəlinə dönən qadın. .

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31