Daxili İşlər orqanlarında növbəti kadr dəyişikliyi olub.
Olaylar.az xəbər verir ki, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin YPX Alayının xidmət üzrə komandir müavini, polis polkovniki Xosrov Nəcəfov vəzifəsindən azad olunaraq təqaüdə göndərilib.
Hələlik həmin vəzifəyə təyinat yoxdur.
Qeyd edək ki, Xosrof Nəcəfov xalq artisti Mələkxanım Əyyubovanın həyat yoldaşıdır. Cütlüyün bu nikahdan iki qız və iki oğlan olmaqla 4 övladı var.
Unikal.org