Qarabağda fəaliyyət göstərəcək sahibkarlara əlavə imtiyazlar verilə bilər

İşğaldan azad edilmiş ərazilərdə investisiya qoyuluşu ilə bağlı yerli sahibkarlardan 80-nə yaxın müraciət daxil olub.

Bunu İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun prezidenti vəzifələrini icra edən Yusif Abdullayev bildirib.

O, Qarabağda fəaliyyət göstərəcək sahibkarlara əlavə imtiyazların verilməsini istisna etməyib. Y. Abdullayevin sözlərinə görə, bu, işğaldan azad olunmuş ərazilərin bərpasının sosial-iqtisadi konsepsiyası çərçivəsində müzakirə oluna bilər. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31