Hərbçilərin psixoloji reabilitasiyasına başlanılıb
28 Yanvar 2021 13:20 SosialFövqəladə Hallar Nazirliyinin dəvəti ilə Türkiyədən gəlmiş peşəkar klinik-psixoloq və psixoterapevtlər Vətən müharibəsi nəticəsində mənəvi-psixoloji poblemlər yaşayan vətəndaşların psixoloji reabilitasiyasına başlayıblar. Nazirlikdən "Olaylar"a bildirilib ki, yanvar ayının 22-dən etibarən FHN-in "112" qaynar telefon xətti vasitəsilə mütəxəssislərin qəbuluna yazılmış 100-ə yaxın Vətən muharibəsi iştirakçısı, qazi, şəhid ailəsi üzvü, erməni terrorundan zərər görmüş insana psixoterapevtik yardım göstərilib. Xatırladaq ki, ödənişsiz həyata keçirilən seanslarda iştirak etmək üçün FHN-in "112" qaynar telefon xətti ilə əlaqə saxlamaq lazımdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31