Vətən müharibəsi şəhidinin qızı Şuşaya şəxsiyyət vəsiqəsi verildi
28 Yanvar 2021 12:02 SosialAzərbaycan Ordusunun Vətən müharibəsində şəhid olan kapitanı Elçin Ağayevin övladı Şuşaya şəxsiyyət vəsiqəsi verilib.
Bu barədə "OLAYLAR"-a Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.
Qeyd edək ki, E.Ağayev Şuşanın düşməndən azad olunması döyüşlərində iştirak etməyi arzulayıb, bu şəhəri görmək istəyib. Ona görə də onun yeni doğulan övladına Şuşa adı verilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31