Azərbaycanda yeni qanun layihələri hazırlanır

Azərbaycanda yeni qanun layihəsi hazırlanacaq.

Olaylar.az Trend-ə istinadən bildirir ki, bu barədə məsələ Milli Məclisin Əmək və sosial siyasət komitəsinin 2021-ci ilin yaz sessiyası dövrünə dair işlər planına daxil edilib.

İşlər planı haqqında komitəsinin bu gün keçirilən iclasında məlumat verən komitə sədri Musa Quliyev bildirib ki, yaz sessiyasında "Turizm haqqında" qanun layihəsinin müzakirəsi nəzərdə tutulur və "Xeyriyyəçilik fəaliyyəti haqqında" qanun layihəsinin hazırlanması üzərində iş davam etdiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31