Daha bir şəhidimiz dəfn edildi - FOTO
23 Yanvar 2021 15:00 SosialAzərbaycan Ordusunun itkin hesab edilən, uzun müddət sonra şəhid xəbəri gələn zabiti ilə vida mərasimi keçirilib.
Olaylar.az xəbər verir ki, Quba rayonu II Nügədi kəndindən olan baş leytenant Mikayılov Rahim Qabil oğlunun 107 gün sonra şəhid xəbəri gəlib.
R.Mikayılov doğulduğu II Nügədi kəndinin qəbiristanlığında dəfn edilib.
Qeyd edək ki, 1990-cı il təvəllüdlü R.Mikayılovun adı Müdafiə Nazirliyinin yayımladığı itkin düşmüş hərbçilərin siyahısında yer almışdı.
Şəhidin vida mərasimindən fotoları təqdim edirik:(oxu.az)
Bi
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31