Deputat Könül Nurullayeva seçiciləri ilə görüşüb

Milli Məclisin deputatı Könül Nurullayeva Deputat Qərargahıma daxil olan müraciətlər əsasında növbəti seçici qəbulu həyata keçirib. "OLAYLAR"-a Deputat Qərargahından  daxil olan məlumata görə, sərtləşdirilmiş karantin qaydalarına uyğun olaraq onlayn formatda baş tutan əvvəlki qəbullarımızdan fərqli olaraq, bu dəfəki qəbul canlı şəkildə baş tutub.

Bildirilib ki, həftə ərzində, onlarla sakinin birbaşa, telefon və sosial şəbəkələr üzərindən müraciətlərinə baxılıb, onlardan bəziləri ilə canlı görüş zamanı dinlənilib. Daxil olan və dinlənilən müraciətlərin böyük bir qismi məşğulluq, sosial yardım və təminat mövzularını əhatə edib. Qeyd edilən müraciətlər müvafiq qurumlara təqdim etmək məqsədilə nəzarətə götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31