Ərdoğandan Çin vaksini ilə bağlı açıqlama – VİDEO
22 Yanvar 2021 17:05 SosialTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə namazından sonra Üsküdardakı Kərəm Aydınlar məscidinin qarşısında media nümayəndələrinin suallarını cavablandırıb.
Dövlət başçısına verilən ilk sual peyvəndlə bağlı olub. R.T.Ərdoğan "Vaksinlərin ikinci partiyası hazırda Çindən çıxıb və böyük ehtimalla həftə sonuna qədər ölkəmizə çatdırıla bilər. 10 milyon doza peyvənd gözləyirik", - deyə cavab verib.
Bununla yanaşı, Türkiyə prezidenti ölkədə vaksinasiyanın da öncədən nəzərdə tutulduğu kimi, mərhələli şəkildə davam etdiriləcəyini bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31