Fevralın 1-dən repetitorluq fəaliyyəti bərpa olunur

"Bağçalarının fevralın 15-dək açılacağına ümid edirik. Ancaq hələ ki, bununla bağlı proqnoz vermək tezdir".

Olaylar.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair bu gün keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, repetitorluq xidməti fevralın 1-dən müəyyən say gözlənilməklə və qaydalara riayət olunmaqla bərpa olunacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31