Fevralın 1-dən etibarən 2 həftə ərzində təhsillə bağlı növbəti qərarlar veriləcək”

Olaylar.az  xəbər verir ki,  təhsik naziri Emin Əmrullayev xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair bu gün keçirilən brifinqdə deyib.

Nazirin sözlərinə görə fevralın 1-dən növbəti iki həftə ərzində 5-9-cü sinif şagirdlərinin təhsillərini məktəbdə davam etdirmələri və ali təhsil müəssisələrində qismən təhsilin bərpa edilməsi ilə bağlı qərarların verilməsini nəzərdə tutulur: 

"Metronun açılması ilə bağlı qərar verilərsə, bu, 5-9-cu sinif şagirdlərinin təhsillərini məktəbdə davam etdirmələri üçün şərait yarada bilər".

Gülər Seymurqızı

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31