Vətən sizsiniz, şəhidlər!- Aytən Hüseynova yazır

Sarğı altında qalan yaralar sağalmaz,sadəcə üstü örtülər.

Yarpaqlar saralar,tökülər,amma yerinə yenisi gələr.Ağaclar qışda quruyar,yazda yaşıllaşar.Bir tək insan oğlunun gedişi olar,dönüşü olmaz..

Gözdə yaşa,ürəkdə daşa ,çiyində qürura başda taca dönən şəhidlər də cismən bir daha fani dünyaya dönə bilməzlər analarına,balalarına,sevdiklərinə dönə bilməzlər.Yalnız Allah qatında qalarlar daima...Əbədilik..

Fani dünyada qalan bizlər üçün zaman

kecdiyi kimi şəhid analar üçündə bəlkə ,zamanın kecdiyini sanarıq,amma bilmərik ki, o analar da çoxdan şəhid olmuş.

Gözləri oğul gəzən Poladlar,,Xudayarlar anası gülən üzlərdə oğullarının təbəssümlü ,işıqlı üzlərini axtarar,için-için yanar ,amma başını dik tutar,ruhən şəhid olduqlarını bildirməzlər,çünki yaralarını sarğı altında saxlarlar,o yaralar sağalmaz,sarğı altında qalar.

Şəhidlik zirvəsində duranlarla yanaşı qazilik zirvəsində də yaralar sarğılarda gizlənər..

Qolsuz köynəkləri,ayaqsız şalvarları külək gözündə yelənər Qarabağda dalğalanan Azərbaycan bayrağı kimi ..

sahibsiz qalmış çəkmələr kimi ayaqsız qalmış çəkmələrdə də gül bitər,xarı bülbül bitər,şəhid qanı qərənfil bitər,nakam qalmış sevgilər bitər..Amma yaralar sağalmaz,oğul səsi gəlməyən həyət lal sükuta dalanda,uşaqlar tək ayaqlı ata ayağına sarılanda,tək qollu atanın bir qoluna sığınanda o yaralar dövr edər bədəndə qan kimi,ürəkdə dərd kimi..Ər tabutuna girən gəlin sacının birini ağ,birini qara hörəndə,ata-ana oğul qəbrini axtaranda sarğı altındakı yaralar sağalmaz,vallah sağalmaz..

Bəs necə yaşayar bu analar,gəlinlər,bu uşaqlar sağalmayan bu yaralarla?Bir-birindən güç almaqla..Mübarizin anası Çingizin anasından,Poladın anası Əlyarın anasından,Xudayarın anası Poladın anasından ,Təbriz anası Firəngizdən və bütün analar bir-birindən güç almaqla,dözməyi öyrənməklə yaşamasalarda,el gözünə nəfəs alarlar.Yaraları bürüyərək sarğılara dözərlər , oğul cəkməsində gül bitirərlər göz yaşları ilə,amma dözərlər.Tərtəmiz ürəklə oğul toyu edən,oğlundan danışan anaya :"gözün aydın"da -,deyərlər..

Sarğı altında qalar yaralar..Kimsə görməz zamanla,amma o yaranı alanlar bilər acısını,dərdini...Şəkillərdən boylanar oğullar anaya,ərlər evinə,atalar uşaqlarına..Bir zamanlar bir anlıq təbəsümlərinin əbədilik təsəlli olduqlarını bilməsələr də..Sarğı altında qalan yaralara məlhəm olarlar..

Siz Vətənsiniz,Vətən sizsiniz şəhidlər və onları dünyaya gətirən analar..Sarğı altında qalan yaralarınıza ,əbədi izi qalan yaralarınıza,yatdığınız ,qanınızla aldığınız torpağa qurban.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31