AzTU Silahlı Qüvvələrə Yardım Fonduna 76 min manat ianə edib

Sentyabrın 27-i saat 06:00 radələrindən başlayaraq işğalçı Ermənistanın növbəti təxribatının qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi və torpaqlarımızın işğaldan azad olunması uğrunda Şanlı Ordumuzun həyata keçirdiyi əks-hücum əməliyyatına dəstək məqsədilə Azərbaycan Texniki Universiteti (AzTU) də ölkədə fəaliyyət göstərən digər qurumlar kimi Silahlı Qüvvələrə Yardım Fonduna dəstək kampaniyasına qoşulub.

Bu barədə "OLAYLAR"-a təhsil ocağından məlumat verilib.

Bildirilib ki, AzTU Silahlı Qüvvələrə Yardım Fonduna 76 min manat ianə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31