Azərbaycanın Mübarizindən, Poladından...ehsan ola bilməz..
Bu ATƏT-di, MATƏT-di və onun kimilərdi, adam istəyir tutsun qulağından desin ki, ay keçi, Azərbaycanın suyundan, çörəyindən ehsan ola biər...amma torpağından, əsgərindən, generalından ehsan ola bilməz e..
2 Oktyabr 2020 14:14 SosialBu ATƏT-di, MATƏT-di və onun kimilərdi, adam istəyir tutsun qulağından desin ki, ay keçi, Azərbaycanın suyundan, çörəyindən ehsan ola biər...amma torpağından, əsgərindən, generalından ehsan ola bilməz e.. Azərbaycanın Mübarizindən, Poladından...ehsan olmaz...Ola bilməz!
.A kişi, bu yerin- yurdun, bu əsgərin, generalın sahibi net şəkildə sözünü deyib. Deyib sözünü artıq...KİŞİ kimi, ƏR kimi, YERİN-YURDUN SAHİBİ kimi, Ali Baş Komandan kimi..
Deyib ki, erməni əsgəri Azərbaycan torpağında nə gəzir ki, orda da ölsün...Düz deməyib? Düz deyib! Və kim sizin Azərbaycanın haqq səsini eşitməyən kar qulağınıza pıçıldayıb ki, bu yerin, bu yurdun sahibi, əsgəri, generalı dünya durduqca sizin ağzınıza baxacaq? Baxmayacaqlar! Kim sizə deyib ki, bu torpağın əsgəri, generalı gözünün qabağında şəhid olan döyüş yoldaşına verdiyi sözü tutmayacaq- "Sənin qisasın alınacaq, əsgərim! Sənin qanın yerdə qalmayacaq , dostum! Bu bayraq uğrunda döyüşdüyümüz bütün torpaqlarda şəfəq saçacaq!"
İndi cəbhədə döyüşən Azərbaycan KİŞİSİDİR! Davası ÖZ TORPAĞININ UĞRUNDA DAVADI! O kişilərin davası namus qeyrət davasıdır! Biri o Makrona başa salsın ki, Xocalıda elə toyundan əsir götürülmüş o gəlinin davasıdır bu dava! Qalibiyyətlə bitəcək!
Azərbaycan əsgərinin səsi Şuşadan gələcək! Deyilib SÖZ artıq: "Döyüş Ermənistan Qarabağdan çıxanda bitəcək!" Atasının OĞLUDUR! Dönməyəcək sözündən...Dönsə, bağışlarmı dədəsinin ruhu? Dönsə, rahat olarmı hər birini özünə oğul bildiyi aslan şəhidlərin ruhu? Baxa bilərmi qarşısında diz çökdüyü anaların gözlərinə?.. Odu ki, gedin kişmişinizi başqa yerdə axtarın! Bu torpaqda, bu yurdda bitib sizin gözünüzə girmış missiyasınız!
Fatma Abbasquliyeva