“Nifrət nitqinə qarşı mübarizədə bərabərlik qurumlarının rolu” mövzusunda  tədbir keçirilib

 Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşları 29-30 sentyabr tarixlərində “Nifrət nitqinə qarşı mübarizədə bərabərlik qurumlarının rolu” mövzusunda onlayn formatda keçirilən xüsusi tədbirdə iştirak ediblər.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşları 29-30 sentyabr tarixlərində "Nifrət nitqinə qarşı mübarizədə bərabərlik qurumlarının rolu" mövzusunda onlayn formatda keçirilən xüsusi tədbirdə iştirak ediblər. "Olaylar" xəbər verir ki, tədbirdə bir neçə ölkədən 70-ə yaxın nümayəndə iştirak edib. Tədbir zamanı nifrət nitqi və bununla bağlı Ombudsman institutlarının, milli insan hüquqları təsisatlarının və digər aidiyyəti qurumların fəaliyyəti, onların gördükləri işlər müzakirə edilib.

Ombudsman Aparatının nümayəndələri tədbir zamanı çıxışlarında cari ilin may-avqust aylarında nifrət nitqi ilə əlaqədar təsisatın əməkdaşlarının "Help" kurslarında iştirak etdiklərini və həmin kursu müvəffəqiyyətlə bitirdiklərini qeyd edib, o cümlədən mövcud pandemiya dövründə ölkəmizdə görülmüş tədbirlər, fəaliyyətimizdə ayrı-seçkiliklə mübarizə ilə bağlı görülən müvafiq işlər barədə danışıblar. Həmçinin Ermənistan silahlı qüvvələri tərəfindən 27 sentyabr tarixindən başlayaraq Azərbaycan Ordusunun mövqeləri, eləcə də Azərbaycan Respublikasının mülki əhalisinin məskunlaşdığı yaşayış məntəqələrinin mütəmadi olaraq intensiv atəşə tutulması və insan tələfatı ilə bağlı məlumat tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Əlavə olaraq, Ombudsmanın mövcud vəziyyət barədə bəyanatları, o cümlədən mülki şəxslərin qətlə yetirilməsi və davam edən insan tələfatı ilə bağlı etiraz bəyanatları səsləndirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31