Ali Məhkəmə Orduya 120 min manat ianə köçürdü
Ali Məhkəmənin hakimləri və əməkdaşları vətəndaş fəallığı və orduya dəstəklərini nümayiş etdirərək mütamadi olaraq əmək haqlarının bir hissəsini Silahlı Qüvvələrə Yardım Fonduna köçürürlər.
2 Oktyabr 2020 11:19 SosialAli Məhkəmənin hakimləri və əməkdaşları vətəndaş fəallığı və orduya dəstəklərini nümayiş etdirərək mütamadi olaraq əmək haqlarının bir hissəsini Silahlı Qüvvələrə Yardım Fonduna köçürürlər. Bu barədə "Olaylar" a Ali Məhkəmənin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib. Qeyd edilib ki, cəmiyyətimizdə mövcud olan milli həmrəylikdən və ordumuzun cəbhəboyu apardığı uğurlu əməliyyatlarından ruhlanan Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri və əməkdaşları Silahlı Qüvvələrə Yardım Fonduna 120 min manat məbləğində pul vəsaiti köçürüb.