Komendant saatında KİV nümayəndələrinin hərəkətinə icazə veriləcək
28 Sentyabr 2020 18:32 SosialAzərbaycanda elan edilmiş hərbi vəziyyətlə əlaqədar tətbiq edilən komendant saatı müddətində kütləvi informasiya vasitələrinin fəaliyyətinə icazə verilib.
Bu barədə "Nazirlər Kabinetinin Azərbaycan Respublikasının ərazisində elan edilmiş hərbi vəziyyətlə əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə" qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində elan edilmiş hərbi vəziyyətlə əlaqədar tətbiq edilən komendant saatı müddətində fəaliyyətinə icazə verilən sahələrin Siyahısı"nda qeyd edilib.
Siyahıda komerndant saatı müddətində kütləvi informasiya vasitələridə fəaliyyətinə icazə verilən qurumlar sırasındadır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31