Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəlinə edilən dəyişiklik Ləğv olunur
Çoxsaylı müraciətləri nəzərə alaraq, Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəlinə edilən dəyişiklik ləğv olunur.
28 Sentyabr 2020 15:52 SosialÇoxsaylı müraciətləri nəzərə alaraq, Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəlinə edilən dəyişiklik ləğv olunur.
"OLAYLAR" xəbər verir ki, bu barədə məlumatı "Azərbaycan Dəmir Yolları" QSC yayıb. Beləliklə də, Sumqayıtdan saat 19:35-də yola düşən Sumqayıt-Pirşağı-Bakı və Bakıdan saat 20:30-da yola düşən Bakı-Pirşağı-Sumqayıt elektrik qatarlarının hərəkət qrafiki olduğu kimi saxlanılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31