Mübariz Mənsimovun məhkəmə tarixi AÇIQLANDI

Sentyabrın 15-də “Palmali Holding”in qurucusu Mübariz Mənsimovun məhkəməsi keçiriləcək.

Sentyabrın 15-də "Palmali Holding"in qurucusu Mübariz Mənsimovun məhkəməsi keçiriləcək.

Bu barədə "Palmali" Şirkətlər Qrupunun İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Fidan Quliyeva məlumata verib.

O bildirib ki, məhkəmə yerli vaxtla saat 13:00-da başlayacaq:

"Altı aydan sonra ilk dəfə Mübariz bəyi görəcəm. "Yenə də güclü, yenə də təmkinli, sərt baxışları ilə hamını gözdən keçirəcək. Ona iftira atan insanları da. Çox maraqlıdı mənə, necə baxacaqlar onun gözlərinə?! Mən bunu həqiqətən görmək istəyirəm. Ona görə görmək istəyirəm ki, bu qədərmi asandı insanı ləkələmək, şər atmaq, həbsə atdırmaq?! O insanı ki, onlara yaşamaq və yaşatmaq üçün bütün hər şeyi etmişdi, bir masaya oturub çörək kəsib ailə üzvü olmuşdu. Bu qədər asandır?! O baxışları görmək lazımdır. Həyata baxışımı dəyişdirmək üçün!"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31