Seroloji test dilemması-əgər maarifləndirmə doğru aparılsa...

Ödənişsiz həyata keçiriləb bu testlərin aparılması tam təhlükəsizdir COVID-19-un diaqnostikasında bir sıra testlər istifadə olunur. Bu testlər SARS-CoV-2 virusunun mövcudluğu  və ya keçmiş mövcudluğunu qiymətləndirmək üçün nümunələrin təhlilini əhatə edir. Bunlar seroloji və PZR testləri olmaqla ikiyə ayrılır. PZR test zamanı nazofarengial sürüntüdən (burun-udlaqdan yaxma) alınan materiala baxılır.

Ödənişsiz həyata keçirilən  bu testlərin aparılması tam təhlükəsizdir

COVID-19-un diaqnostikasında bir sıra testlər istifadə olunur. Bu testlər SARS-CoV-2 virusunun mövcudluğu  və ya keçmiş mövcudluğunu qiymətləndirmək üçün nümunələrin təhlilini əhatə edir. Bunlar seroloji və PZR testləri olmaqla ikiyə ayrılır. PZR test zamanı nazofarengial sürüntüdən (burun-udlaqdan yaxma) alınan materiala baxılır.

Seroloji test isə qanda igG (immunoglobulin G) aşkarlanması üzərində qurulub. COVID-in aşkarlanmasında istifadə olunan PZR testləri-PZR, RT- PZR, Real-time PCR (qPCR) - Real zaman PZR testi. Son test ən mütəşəkkil və sürətli olandır və bu səbəblə Real-time PCR (qPCR)  dünyada ən çox tərcih olunan PZR metoduna çevrildi. Aparılan PZR testləri hazırkı xəstəliyi göstərdiyi halda, qanda immunoglobulin təyini isə daha çox artıq keçirilmiş olan infeksiyasını göstərir.

Ölkədə COVID-19 pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində əhali qrupları arasında seroloji testlərin keçirilməsinə başlanılıb. Azərbaycan əhalisinin hansı hissəsinin koronavirusa yoluxduğunu müəyyən etmək üçün seroloji testlərin keçirilməsinə ehtiyac var. Ödənişsiz halda həyata keçiriklən bu testlərin aparılması yaxın gələcəkdə olan planlara daxildir.

Burada əsas məqsədi əhali arasında COVID-19 xəstəliyinin keçirilməsi haqqında təsəvvürlərin əldə olunması, xəstəliyi keçirmiş şəxslərdə yaranmış immunitet səviyyəsinin öyrənilməsi olan seroloji testlər ilk gündən əhali arasında razılıqla qarşılanır və onlar könüllü olaraq həmin testlərin aparılmasında iştirak edirlər. Bu testlər vasitəsilə son 3 ay ərzində xəstəlik keçirmiş, immunitet qazanmış insanların sayını müəyyən etmək mümkün olur. Seroloji testlər vasitəsilə əhali arasında virusa qarşı formalaşmış immunitet səviyyəsinin öyrənilməsi pandemiya ilə mübarizə üçün daha doğru yanaşmalar seçməyə imkan verir. Təsadüfi seçilmiş şəxslərə çağrı mərkəzindən zəng ediləcək. Testdən keçməyə razılıq vermiş şəxsin evinə yaşadığı ərazi üzrə poliklinikadan xüsusi təlim keçmiş tibb bacısı göndəriləcək. Müayinə üçün venadan cəmi 3-5 ml qan nümunəsinin alınması kifayətdir. Alınmış qan nümunələri qısa müddətdə laboratoriyaya çatdırılaraq analizdən keçiriləcək. Mütəxəssislər tərəfindən analiz nəticələrinin tibbi və statistik təhlili aparılacaq, yekun nəticələr barədə ictimaiyyət məlumatlandırılacaq. Analiz verən hər bir könüllü öz nəticəsini əldə edə biləcək. Bundan əlavə, vətəndaşın arzusu ilə qanın ümumi analizi də həyata keçirilə bilər.

Elmi-tədqiqat xarakteri daşıyan testlərin əsasən 18 yaşdan 65 yaşa qədər olan əhali arasında aparılması nəzərdə tutulub. İlkin mərhələdə tədqiqatlar Bakı, Sumqayıt və Gəncə şəhərlərində aparılacağı bildirilir. Tədqiqatlar dövlət tərəfindən alınaraq ölkəyə gətirilmiş Almaniyanın EUROIMMUN şirkətinin istehsalı olan reaktivlərlə aparılacaq. İnsan viruslara yoluxduqdan sonra bədəndə qoruyucu zülallar - anticismlər yaranır. Viruslara qarşı anticismlərin formalaşması üçün müəyyən vaxt tələb olunur. Digər tərəfdən, formalaşmış immunitetin bədəndə qalması daimi deyil, müvəqqəti ola bilər. Ona görə də seroloji testlərin ən qısa müddətdə aparılması və nəticələrin əldə olunması zəruridir. Artıq insanlar öz vəziyyətlərini indiki şəraitdə qiymətləndirə biləcəklər və nəticədə testdən keçən hər bir insan onda xəstəliyə qarşı immunitetin olub-olmadığını öyrənəcək. Bu testlərin keçirilməsinin həkimlər, mütəxəssislər üçün isə əhəmiyyəti ondan ibarətdir ki, insanlar arasında yoluxma, xəstəlik faizi nə qədərdir, o aydın olacaq. Çünki elə adamlar var ki, xəstəliyi simptomsuz keçirdiyi üçün həkimlər, ətraf onları xəstə kimi tanımır. Amma polimeral-zəncirvari reaksiya yolu ilə seroloji müayinə apardıqdan sonra müəyyən olunacaq ki, onda immunitet var, yoxsa yoxdur. Bundan sonra immunitetin müddəti ilə bağlı, düzdür, zaman az olsa da, biz onun haqqında da məlumat əldə edə biləcəyik ki, spesifik inoqlobinlər - immunitet hansı səviyyədədir. Yaxud zaman keçdikcə o azalır, yoxsa azalmır. Çünki elə xəstəlikər var ki, ondan sonra immunitet ömürlük formalaşır, ona ömrü boyu davam edən immunitet deyirlər. Amma elə xəstəliklər də var ki, onda 5 ilə, 1 ilə, yaxud 6 aya yaranır. Bu nöqteyi-nəzərdən həm də araşdırma gedəcək ki, bu xəstəlikdən sonra yaranan immunitet nə qədər müddət ola bilər. Nəhayət, immunitet formalaşmış insanlardan immunplazmanın alınması üçün də bu testlər məlumat verəcək ki, kimdən götürmək olar, kimdən yox. Yəni bir neçə istiqamətdə seroloji testlərin keçirilməsinin əhəmiyyəti var. Bir də seroloji testlər nəticəsində ölkə üzrə yoluxmanın səviyyəsi müəyyən olunacaq. Bu əhəmiyyətli bir araşdırmadır. Bunun həm insanlar, həm də həkimlər, həm də gələcək üçün qoruyucu tədbirlərə, vaksinlərin tətbiqinə görə böyük əhəmiyyəti var.  

Dünya alimlərİ  də seroloji testlərin bir çox cəhətdən üstün olduğunu qeyd edirlər və bir çox ölkələrdə bu cür testlər artıq həyata keçirilir. Məsələn, Almaniyada Oldendorf, Çində Uhan, Hindistanda Mumbay, İsveçrədə Cenevrə kimi şəhərlərdə seroloji testlər keçirilib. Seroloji testlər İspaniyada 35 min, Türkiyədə isə COVID-19 xəstəliyinə qarşı immunitet xəritəsini müəyyən etmək üçün bütün ölkə üzrə 153 min nəfər anticism testindən keçirilib.

Ödənişsiz həyata keçirilən  bu testlərin aparılması tam təhlükəsizdir. Seroloji testlər vasitəsilə biz bioloji durumumuz haqqında bilgi əldə edəcəyik. Dövlət tərəfindən ödənişsiz həyata keçirilən bu testlər haqqında insanları doğru maarifləndirsələr, kimsə bu fürsəti əldən verməz.

Ay An

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31